Rusiyada koronavirusun 22 857 yeni halı aşkar edildi, 471 insan vəfat etdi
Rusiyada koronavirusun 22 857 yeni halı aşkar edildi, 471 insan vəfat etdi

Rusiyada son 24 saat ərzində koronavirusun 22 857 yeni halı aşkar edildi.

Məlumatı yerli media ölkənin operativ qərargahına istinad edərək yayır. Ötən bir gün ərzində Rusiyada koronavirusdan 471 insan vəfat etdi.

Yeni halların əksəriyyəti paytaxt Moskvada qeydə alındı.

Ölkə hökuməti tərəfindən yayılan rəsmi göstəricilərlə ümumilikdə, Rusiyada virusun 3 591 066 təsdiq olunmuş halı aşkar edilib, 2 978 764 insan müalicə olunaraq sağalıb, 66 037 insan vəfat edib.

Rusiya koronavirusun yayılması baxımından dünyada dördüncü yerdədir.