Rusiyada koronavirusun 21 127 yeni halı aşkar edildi
Rusiyada koronavirusun 21 127 yeni halı aşkar edildi

Rusiyada son 24 saat ərzində koronavirusun 21 127 yeni halı aşkar edildi.

Məlumatı yerli media ölkənin operativ qərargahına istinad edərək yayır. Ötən bir gün ərzində Rusiyada koronavirusdan 491 insan vəfat etdi.

Ölkə hökuməti tərəfindən yayılan rəsmi göstəricilərlə ümumilikdə, Rusiyada virusun 3 719 400 təsdiq olunmuş halı aşkar edilib, 3 131 760 insan müalicə olunaraq sağalıb, 69 462 insan vəfat edib.

Rusiya koronavirusun yayılması baxımından dünyada dördüncü yerdədir.