Rusiyada son 24 saat ərzində koronavirusun 19 290 yeni halı aşkar edildi.
Məlumatı yerli media ölkənin operativ qərargahına istinad edərək yayır. Ötən bir gün ərzində Rusiyada koronavirusdan 456 insan vəfat etdi.
Ölkə hökuməti tərəfindən yayılan rəsmi göstəricilərlə ümumilikdə, Rusiyada virusun 3 738 690 təsdiq olunmuş halı aşkar edilib, 3 150 763 insan müalicə olunaraq sağalıb, 69 918 insan vəfat edib.
Rusiya koronavirusun yayılması baxımından dünyada dördüncü yerdədir.