Rusiyada koronavirusun 18 259 yeni halı aşkar edildi
Rusiyada koronavirusun 18 259 yeni halı aşkar edildi

Rusiyada son 24 saat ərzində koronavirusun 18 259 yeni halı aşkar edildi.

Məlumatı yerli media ölkənin operativ qərargahına istinad edərək yayır. Ötən bir gün ərzində Rusiyada koronavirusdan 485 insan vəfat etdi.

Ölkə hökuməti tərəfindən yayılan rəsmi göstəricilərlə ümumilikdə, Rusiyada virusun üç milyon 832 mindən artıq təsdiq olunmuş halı aşkar edilib, üç milyon 300 mindən artıq insan müalicə olunaraq sağalıb, 73 182 insan vəfat edib.

Rusiya koronavirusun yayılması baxımından dünyada dördüncü yerdədir.