Rusiyada koronavirusun 16 643 yeni halı aşkar edildi, 539 insan vəfat etdi
Rusiyada koronavirusun 16 643 yeni halı aşkar edildi, 539 insan vəfat etdi

Rusiyada son 24 saat ərzində koronavirusun 16 643 yeni halı aşkar edildi.

Məlumatı yerli media ölkənin operativ qərargahına istinad edərək yayır. Ötən bir gün ərzində Rusiyada koronavirusdan 539 insan vəfat etdi.

Ölkə hökuməti tərəfindən yayılan rəsmi göstəricilərlə ümumilikdə, Rusiyada virusun 3 884 730 təsdiq olunmuş halı aşkar edilib, 3 340 545 insan müalicə olunaraq sağalıb, 74 158 insan vəfat edib.

Rusiya koronavirusun yayılması baxımından dünyada dördüncü yerdədir.