Rusiyada koronavirusun 13 233 yeni halı aşkar edildi, 459 insan vəfat etdi
Rusiyada koronavirusun 13 233 yeni halı aşkar edildi, 459 insan vəfat etdi

Rusiyada son 24 saat ərzində koronavirusun 13 233 yeni halı aşkar edildi.

Məlumatı yerli media ölkənin operativ qərargahına istinad edərək yayır. Ötən bir gün ərzində Rusiyada koronavirusdan 459 insan vəfat etdi.

Ölkə hökuməti tərəfindən yayılan rəsmi göstəricilərlə ümumilikdə, Rusiyada virusun 4 040 505 təsdiq olunmuş halı aşkar edilib, 3 624 ooo-dən artıq insan müalicə olunaraq sağalıb, 80 979 insan vəfat edib.

Rusiya koronavirusun yayılması baxımından dünyada beşinci yerdədir.