Rusiyada koronavirus hallarının sayı yenə artmaqdadır. Ölkədə son 24 saat ərzində koronavirusun 11 655 halı aşkar edildi. 11 maydan sonra bu ən yüksək göstəricidir.
Ölkə hökuməti tərəfindən yayılan rəsmi göstəricilərlə ümumilikdə, Rusiyada virusun bir milyon 237 mindən artıq təsdiq olunmuş halı aşkar edilib. Sağalananların ümumi sayı 982 324-ü təşkil edir.
Yeni hallardan 411 hal Peterburqda, 347 Moksva diyarında, 253 Rostov diyarında, 204 hal Nijqorod diyarında aşkar ediildi.
Son bir gün ərzində Rusiyada koronavirusdan 188 insan vəfat etdi. Ümumilikdə virus nəticəsində 21 633 insan vəfat edib.
Koronavirusa yoluxma halları sayı ilə Rusiya dünyada dördüncü yerdədir.