Rusiyada fəaliyyət göstərən gürcü biznesmeni "NamaxvanSES" ilə bağlı aksiyanın maliyyələşdirməsi barəsində yayılan məlumatı təkzib edir
Mən, Rioni sakini ki, Varlam Qoletianiyə dəstək verirəm. Mən tərəfdən heçbir yardım olmayıb. Təşkilati məsələlərdə iştirak etmirəm. Mən dərədə yaşayan deyiləm. Niyə gizlənməliyəm və ya kimnən gizlənməliyəm, – bu barədə Rusiyada fəaliyyət göstərən biznesmen, İliya Zotsenidze “NamaxvanSES”-ə qarşı aksiyanın keçirildiyi İlk Respublika Meydanında bəyan etdi.
Zotsenidzenin dediyinə görə, “NamaxvanSES” ilə bağlı aksiyaları maliyyələşdirmir.
Onun qeyd etdiyinə görə, aksiyada Rioni Dərəsinin sakini kimi iştirak edir.
“Mən Varlam Qoletiani ilə görüşdüm və dedim ki, mənim yardımım lazımdır ya yox. Qoletiani dedi ki, ona heç bir yardım lazım deyil. Mən ona maliyyə yardımını təklif etməmişəm. Rusiyadan gəldi və ölkəni qarışdırmaq istəyir, bunu siz demədinizmi? Mən nə satmışam? Bir şey satmışamsa təsdiq edin.Rusiyada milyon insan yaşayır, əgər kimsə Gürcüstana dəstək oldusa xəyanətkardımı? Mən Rusiyadan tez-tez gəlirəm, indi bu aksiyaya görə gəldim”, – Zotsenidze bəyan etdi.