Rusiyada Ermənistan səfiri - Ermənistana Dağlıq Qarabağ əhalisinin təxliyyəsi planı müzakirə olunur
Ermənistana Dağlıq Qarabağ əhalisinin təxliyyəsi planı müzakirə olunur, – Bu barədə Rusiyada Ermənistan səfiri, Vardan Toqoyan “Qavarit Makva” radiosu ilə müsahibəsində bəyan etdi.
Erməni diplomatının dediyinə görə, Dağlıq Qarabağdan əhalinin təxliyyəsi üçün humanitar dəhlizlərin mümkünlüyü, vəziyyət bölgədə daha da gərginləşsə baş verəcək.
“Bütün bu günlər ərzində, uşaqlar və qadınlar zirzəmi və sığınacaqlarda idilər. Bu cür məsələlər müzakirə olunur, lakin ümid edirik ki, iş buraya qədər gedib çıxmayacaq”, – Toqosyan qeyd etdi.
Yerevanda bəyan edirlər ki, Azərbaycan silahlı qüvvələri hissələri ilə toqquşma nəticəsində, tanınmamış Dağlıq Qarabağ ordusunun daha 25 əsgəri həlak oldu. Həlak olanların ümumi sayı 59-a çatır.