Rusiyada dron istehsal edən “Uraldronzavod” zavodunun rəhbəri Vladimir Tkaçukun olduğu avtomobil partlayıb, o, reanimasiya şöbəsindədir

17:15, 05.08.2026

 

Rusiyada dron istehsal edən “Uraldronzavod” zavodunun rəhbəri Vladimir Tkaçukun olduğu avtomobil partlayıb.

Rus mediasının məlumatına əsasən, “Mercedes” markalı avtomobil Yekaterinburq yaxınlığındakı Bolşoy İstok qəsəbəsində partladılıb.

Yayılan məlumata əsasən, Tkaçuku ağır vəziyyətdə xəstəxanaya yerləşdiriblər. O, reanimasiya şöbəsindədir.

İctimaiyyət üçün təhlükəli üsulla törədilmiş adam öldürməyə cəhd maddəsi ilə cinayət işi açılıb.

“Uraldronzavod” “Upır” tipli dronlar istehsal edir.

Oxşar