Rusiyada BBC-nin rus xidməti bloklanıb
Rusiyada BBC-nin rus xidməti bloklanıb. Bu barədə məlumatı BBC özü yayıb.
KİV-in məlumatına görə, Roskomnadzor “Deutsche Welle”, “Meduza” və “Azadlıq” radiosunu da məhdudlaşdırıb.
Bundan əvvəl Rusiya parlamenti ölkənin silahlı qüvvələri haqqında “yalan məlumat yaymağa” görə cərimə və ya həbs cəzası nəzərdə tutan qanun qəbul edib.
“Dəqiq, müstəqil məlumat əldə etmək fundamental insan hüququdur və milyonlarla insan hər həftə BBC xəbər xidmətinə güvənən Rusiya xalqının əlindən alınmamalıdır. Biz BBC News-un Rusiyada və bütün dünyada əlçatan olması üçün səylərimizi davam etdirəcəyik”, – Britaniyanın İctimai Yayımçısı bildirib.
Xatırladaq ki, Ukraynadakı müharibə ilə paralel olaraq Rusiya hökuməti media üzərində nəzarəti gücləndirir. Dünən Rusiyanın “Dojd” teleşirkəti yayımını dayandırıb, ondan əvvəl isə “Exo Moskvı” radiostansiyası fəaliyyətini dayandırıb.