Rusiyada Aleksey Navalnının müttəfiqi Lyubov Sobolu yaxaladılar. Məlumatı “Reuters” agentliyi Sobolun vəkilinə istinad edərək yayır.
Agentliyin məlumatına görə, Sobolun hansı səbəblə yaxalanması barəsində vəkilin məlumatı yoxudur. Lyubov Sobol Rusiyada planlaşdırlmış etiraz aksiyasının təşkilində iştirak edirdi. Hakimiyyətin isə, bəyan etdiyinə görə, aksiya qanunsuzdur və buna görə, aksiyada iştirak edən insanlara qarşı müvafiq tədbirlər görüləcək.
Rus müxalifətçisi, Aleksey Navalnını bir neçə gün bundan əvvəl, ölkəyə qayıdan kimi yaxaladılar. Rusiyada hökumətə qarşı aksiya 23 yanvarda planlaşdırılıb.