Rusiya Zaporojyedə yerləşən cəzaçəkmə müəssisəsini vurub, 16 nəfər həlak olub
Ötən gecə Rusiya Zaporojye şəhərində yerləşən cəzaçəkmə müəssisəsinə zərbə endirib.
Hadisə nəticəsində 16 nəfər həlak olub, 35 nəfər isə yaralanıb.
“Gecə boyunca düşmən Zaporojye rayonuna səkkiz dəfə zərbə endirdi. Bu zərbələrdən biri cəzaçəkmə müəssisəsinə tuş gəldi. Nəticədə 16 nəfər həlak olub və 35 nəfər xəsarət alıb”, – deyə regional hərbi administrasiyanın rəhbəri İvan Fedorov bildirib.