Rusiya Zaporojye vilayətinə kütləvi hücum edib, azı bir nəfər həlak olub, yaralananlar var
Rusiya Zaporojye vilayətinə kütləvi hücum həyata keçirib. Nəticədə, azı bir nəfər həlak olub, həmçinin yaralananlar da var.
Ukrayna mediasının yazdığına görə, Rusiya gecə Ukrayna istiqamətinə 80 pilotsuz uçuş aparatı göndərib.
Hücum nəticəsində Zaporojye vilayətində yaşayış binaları, fərdi evlər və müxtəlif tikililər zədələnib. Dron qalıqlarının düşməsi nəticəsində yanğın baş verib. Hadisə yerində xilasedici qruplar işləyir.