Rusiya Zaporojie, Sumi, Xarkov və Donetsk vilayətlərinə zərbələr endirib, beş nəfər həlak olub, azı on nəfər isə yaralanıb, Ukrayna miqyasında hava həyəcanı siqnalı elan edilib

12:21, 01.09.2025

 

Rusiya gecə Ukrayna istiqamətində 86 pilotsuz uçuş aparatı buraxıb, Ukrayna Müdafiə Qüvvələri onlardan 76-nı vurmağa nail olub.

Rusiya Zaporojie, Sumi, Xarkov və Donetsk vilayətlərinə zərbələr endirib. Hücum nəticəsində 5 nəfər həlak olub, azı on nəfər isə yaralanıb. Yaşayış binalarına və avtomobillərə ziyan dəyib.

Ukrayna mediasının yazdığı kimi, hazırda bütün Ukrayna miqyasında hava həyəcanı siqnalı elan edilib.

Oxşar