Rusiya yeni “Sarmat” qitələrarası ballistik raketini sınaqdan keçirib

22:35, 20.04.2022

Rusiya yeni “Sarmat” qitələrarası ballistik raketini sınaqdan keçirib. Məlumatı “Reuters” yayıb.

KİV-in məlumatına görə, raket Kamçatka yarımadasında əvvəlcədən hazırlanmış hədəfi məhv edib. Sınağa müdafiə naziri Sergey Şoyqu rəhbərlik edib və o, uğurlu sınaq barədə prezidentə məlumat verib.

Vladimir Putinin sözlərinə görə, “Sarmat”ın analoqu yoxdur və rəqib Rusiyanı təhdid etməzdən əvvəl yaxşı düşünməlidir.

Prezidentin izah etdiyi kimi, “Sarmat” müasir raket əleyhinə müdafiə sistemlərindən yayınmaq qabiliyyətinə malikdir.

“Sienen”in yüksək rütbəli hərbçilərə əsaslanaraq verdiyi məlumata görə, ABŞ Rusiyanın planlaşdırdığı raket sınağı barədə əvvəlcədən məlumatlandırılıb.

Oxşar