Rusiya XİN – Budapeştdəki rusofob lobbiyə sərt və ağrılı cavab veriləcək

16:22, 08.09.2026

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Macarıstanın xarici işlər naziri Anita Orbanın qərarına münasibət bildirib. Mariya Zaxarova Budapeştdəki “rusofob lobbi”yə sərt cavab veriləcəyini açıqlayıb.
“Budapeştdəki rusofob lobbiyə sərt və ağrılı cavab veriləcək”, – deyə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.

“TASS”ın məlumatına görə, rusiyalı yüksəkvəzifəli şəxs bu açıqlamanı Macarıstandan 10 rusiyalı diplomatın çıxarılacağı məlum olduqdan sonra verib.

Macarıstanın vitse-prezidenti və xarici işlər naziri Anita Orban bildirib ki, bu qərar Rusiya ilə diplomatik münasibətlərin kəsilməsi demək deyil.

Oxşar