Rusiya Xarkovdan Poltavayadək olan hissədə yerləşən yanacaqdoldurma məntəqələrini tamamilə məhv edib
Rusiya Xarkovdan Poltavayadək olan hissədə yerləşən yanacaqdoldurma məntəqələrini tamamilə məhv edib. Bu barədə Xarkov Vilayət Şurasının deputatı Aleksandr Skorik bildirib. O, vəziyyətin hər gün daha da pisləşdiyini deyib.
“Bu gün üçün Xarkov–Kiyev avtomagistralındakı bütün yanacaqdoldurma məntəqələri, o cümlədən Valki qəsəbəsində, Çutovo şəhərində və Poltava istiqamətində yerləşən məntəqələr tamamilə məhv edilib” — Skorik bildirib.
O, Valki qəsəbəsində fəaliyyət göstərən sonuncu yanacaqdoldurma məntəqəsini Rusiyanın iyulun 26-da məhv etdiyini deyib.
Ümumilikdə, Rusiya qüvvələrinin hücumları nəticəsində ölkə miqyasında 200-dən çox yanacaqdoldurma məntəqəsi sıradan çıxıb ki, bunlardan 80-i Xarkov vilayətində yerləşir. Lakin deputatın sözlərinə görə, yanacaq bazarında böhran müşahidə olunmur.