Rusiya Xarkova pilotsuz uçuş aparatları ilə hücum edib, 14 nəfər yaralanıb
Rusiya Xarkova pilotsuz uçuş aparatları ilə hücum edib, 14 nəfər yaralanıb

 

Rusiya Xarkova pilotsuz uçuş aparatları ilə hücum edib. Hücum nəticəsində uşaqlar da daxil olmaqla 14 nəfər yaralanıb.

Ukrayna mediasının məlumatına əsasən, Xarkovda azı üç partlayış baş verib.

Xarkovun meri İqor Terexovun bəyanatına əsasən, episentr hündürmərtəbəli yaşayış binasına hücumun edildiyi Şevçenkovski rayonu olub.