Rusiya Xarkova kütləvi hücum həyata keçirib, yaralılar var

10:09, 06.10.2025

 

Rusiya Xarkova kütləvi hücum həyata keçirib, yaralılar var. Bu barədə Ukrayna mediası yazır.

Xarkovun Vilayət Administrasiyasının rəhbəri Oleq Sinequbovun dediyi kimi, hücum nəticəsində bu vaxt üçün 3 nəfər yaralanıb. Şəhərin bir hissəsi su və işıqsız qalıb.

O, şəhərdə 15 partlayışın baş verdiyini, nəticədə yaşayış binalarına ziyan dəydiyini bildirib.

Xarkovun Vilayət Administrasiyasının rəhbəri əhalini sığınacaqlarda qalmağa çağırıb.

Oxşar