Rusiya Xarici İşlər Nazirliyinin 40 əməkdaşı koronavirusa yoluxdu, biri isə, vəfat etdi
Rusiya Xarici İşlər Nazirliyinin 40 əməkdaşı koronavirusa yoluxdu, biri isə, vəfat etdi.
Bu barədə Rusiya Xarici İşlər naziri, Sergey Lavrov bəyan etdi.
Nazirin bəyan etdiyinə görə, əməkdaşların əksəriyyətində xəstəliyin yüngül forması var idi, lakin onlardan biri vəfat etdi.
Lavrovun dediyinə görə, dünyasını dəyişən 62 yaşında idi və virusa o, təcili tibbi yardım xidmətində işləyən həyat yoldaşından yoluxdu.
Rusiya Xarici İşlər nazirinin bəyan etdiyinə görə, idarədə bütün rekomendasiyaları müdafiə edirlər və əməkdaşların yarısından coxu məsafədən işləyir.
Son göstəricilərlə, Rusiyada epidemiyanın başlamasından bu günə qədər virusa yoluxmanın 641 156 halı aşkar edilib.