Rusiya Xarici İşlər Nazirliyində Moskvanın Ukrayna ilə danışıqları davam etdirməyə hazır olduğunu, lakin daha yüksək səviyyədə görüşlərin diqqətlə hazırlanmalı olduğunu bildirirlər
Rusiya Xarici İşlər Nazirliyində Moskvanın Ukrayna ilə danışıqları davam etdirməyə hazır olduğunu, lakin daha yüksək səviyyədə görüşlərin diqqətlə hazırlanmalı olduğunu bildirirlər

 

Rusiya Ukrayna ilə danışıqları davam etdirməyə hazırdır, lakin daha yüksək səviyyədə görüşlər diqqətlə hazırlanmalıdır – bu barədə Rusiya xarici işlər nazirinin müavini Serqei Verşinin bildirib.

“Danışıqların üç raundu keçib və biz davam etməyə hazırıq. Daha yüksək səviyyədə görüşlərə gəlincə, bu cür görüşlər ciddi şəkildə hazırlanmalıdır. Bu olmadan, yəqin ki, onlar haqqında danışmaq üçün tezdir” – rus diplomat qeyd edib.

Rusiya və Ukrayna arasında danışıqların üçüncü raundu iyulun 23-də İstanbulda keçirilib və təxminən bir saat davam edib. Tərəflər hərbi əsirlərin və həlak olanların cəsədlərinin mübadiləsini davam etdirmək barədə razılığa gəliblər. Həmçinin, yaralıların və həlak olan döyüşçülərin cəsədlərinin çıxarılması üçün 24 və ya 48 saatlıq qısamüddətli atəşkəs təklifləri var idi.