Rusiya Xarici İşlər Nazirliyində Moldovada Rusiya səfirliyinin əməkdaşlarının sərhəd-keçid məntəqəsində əsassız olaraq yubadıldığını bildirirlər, Moldovanın səfiri nazirliyə çağırılıb
Moldovanın səfiri Lilian Dari Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.
“Reuters” yazır ki, Rusiya Xarici İşlər Nazirliyi bəyanatında Moldovada Rusiya səfirliyinin əməkdaşlarının əsassız olaraq sərhəd-keçid məntəqəsində yubadıldığı və ya Kişinyovda hərəkət edərkən təsadüfi sənəd yoxlanışı məqsədilə dayandırıldığı son iki halı misal gətirib.
Keçən həftəsonu baş vermiş bu cür hallardan biri ilə bağlı Moskva bəyan edib ki, Moldova polisi Rusiya səfirliyinin əməkdaşlarına qarşı güc tətbiq edib və onları həbslə hədələyib.
Həmçinin, Rusiya Xarici İşlər Nazirliyinin məlumatına əsasən, insident iyulun 20-si gecə, Rusiya səfirliyinin əməkdaşları rəsmi yükü aparmaq üçün Moldovadan Rusiyaya keçərkən baş verib, lakin əməkdaşlar sərhəddə əsassız olaraq dörd saatdan çox yubadılıblar.
Rusiya Xarici İşlər Nazirliyi qeyd olunan faktı Moldovanın Diplomatik Münasibətlər haqqında Vyana Konvensiyasını kobud şəkildə pozması kimi qiymətləndirib.