Rusiya Xarici İşlər Nazirliyində bəyan edirlər ki, ABŞ Rusiyanı terrorizmi dəstəkləyən dövlət kimi tanısa, iki ölkə arasında diplomatik münasibətlər kəsilmək təhlükəsi qarşısında duracaq

14:29, 13.08.2022

Rusiya Xarici İşlər Nazirliyində bəyan edirlər ki, ABŞ Rusiyanı terrorizmi dəstəkləyən dövlət kimi tanısa, iki ölkə arasında diplomatik münasibətlər kəsilmək təhlükəsi qarşısında duracaq.

Bu barədə Rusiya dövlət mediasına müsahibəsində ölkənin Xarici İşlər Nazirliyinin Şimali Amerika Departamentinin rəhbəri, Aleksandr Darçiyev bəyan etdi.

“İndi Konqresdə Rusiyanın “terrorizmi dəstəkləyən dövlət” kimi tanınması təşəbbüsünə baxılır, əgər bu təşəbbüs reallaşarsa, o zaman Vaşinqton geri dönüşü olmayan nöqtəni keçəcək. İki ölkənin diplomatik münasibətlərinə ən ciddi ziyan vuracaq, onların səviyyəsinin aşağı düşməsinə, hətta kəsilməsinə gətirib çıxaracaq”, – Rusiya Xarici İşlər Nazirliyində bəyan etdilər.

Oxşar