Rusiya Xarici İşlər Nazirliyində Amerikanın “Tayfun” raket sistemləri təlimlər bəhanəsi ilə Yaponiyada yerləşdirilərsə, Moskvanın kompensasiya xarakterli cavab tədbirləri görəcəyini bəyan edirlər

15:41, 01.09.2026

 

Amerikanın “Tayfun” raket sistemləri təlimlər bəhanəsilə Yaponiyada yerləşdirilərsə, Moskva kompensasiya xarakterli cavab tədbirləri görəcək – bu barədə Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Maria Zaxarova bəyan edib.

Zaxarova iddia edir ki, Moskva Yaponiya tərəfini milli təhlükəsizliyin adekvat səviyyəsini təmin etməyə yönəlmiş kompensasiya xarakterli cavab tədbirləri barədə xəbərdar edib.

“Yaponiya səfirliyinə aydın şəkildə bildirilib ki, bu növ silahların Yaponiya ərazisində yerləşdirilməsi, o cümlədən hərbi təlimlər bəhanəsilə, tamamilə qəbuledilməzdir, çünki bu, Rusiyanın təhlükəsizliyinə təhdid yaradır” – Zaxarova bildirib.

Oxşar