Rusiya Xarici İşlər Nazirliyi Naurunun işğal olunmuş Abxaziya ilə diplomatik münasibətləri dayandırmaq qərarına münasibət bildirib – Bu qərarın motivləri bizim üçün aydın deyil
Rusiya Xarici İşlər Nazirliyi Naurunun işğal olunmuş Abxaziya ilə münasibətləri dayandırmaq qərarına münasibət bildirib.
“Bildiyiniz kimi, Rusiya heç vaxt müstəqil dövlətlərin daxili işlərinə qarışmır. Öz növbəmizdə qeyd edirik ki, bu qərarın motivləri Rusiya tərəfi üçün aydın deyil”, – deyə Rusiya Xarici İşlər Nazirliyi Rusiya mediasının sorğusuna cavab olaraq bildirib.
Nazirlik hesab edir ki, diplomatik münasibətlərin dayandırılması ada respublikasının coğrafi əlaqələrinin genişlənməsinə və ya onun xarici dünya ilə təmaslarının keyfiyyətinin yaxşılaşmasına kömək etməyəcək.
Qeyd edək ki, Nauru Respublikası işğal olunmuş qondarma Cənubi Osetiya və Abxaziya ilə diplomatik münasibətlərini ləğv edib. Gürcüstan Xarici İşlər Nazirliyinin məlumatına görə, müvafiq qərar Nauru Respublikasının icraedici orqanı tərəfindən 21 iyul 2026-cı ildə qəbul edilib.