Rusiya Xarici İşlər Nazirliyi - Almaniya tərəfindən rus diplomatlarının qovulması qeyri dost addımıdır və Rusiya cavab tədbirlərini görəcək
Almaniya tərəfindən rus diplomatlarının qovulması qeyri dost addımıdır və Rusiya cavab tədbirlərini görəcək, – bu barədə rus mediasına ölkənin Xarici İşlər Nazirliyindən bəyan etdilər.
Rusiya Xarici İşlər Nazirliyində deyirlər ki, Berlinin əasassız qərarı təsdiq etdi ki, istintaq ilə bağlı Almaniyanın siyasiləşdirilmiş yanaşması var.
“Almaniya tərəfindən Berlində, Rusiya Səfirliyinin əməkdaşlarının qovulmasını əsassız və qeyri dost addımı kimi dəyərləndiririk. İstintaq ilə bağlı siyasiləşdirilmiş yanaşma qəbuledilməzdir. Məcburuq ki, cavab tədbirlərini görək”, – Rusiya Xarici İşlər Nazirliyində bəyan edirlər.
Berlində Gürcüstan vətəndaşı, Zelimxan Xanqoşvilinin qətli işinin istintaqı ilə bağlı, Almaniya iki rus diplomatını ölkədən qovdu.