Rusiya və Ukrayna İstanbul razılaşması çərçivəsində əsirlərin mübadiləsinin növbəti mərhələsini həyata keçiriblər
Rusiya və Ukrayna İstanbul razılaşması çərçivəsində əsirlərin mübadiləsinin növbəti mərhələsini həyata keçiriblər

 

Rusiya və Ukrayna cümə axşamı İstanbul razılaşması çərçivəsində əsirlərin mübadiləsinin növbəti mərhələsini həyata keçiriblər.

Ukrayna Prezidenti Volodimir Zelenskinin bəyanatına əsasən, bu dəfə Silahlı Qüvvələrin, Milli Qvardiyanın və Dövlət Sərhəd Xidmətinin əsgərləri evlərinə qayıdıblar.

Onların bir çoxu 2022-ci ildən əsirlikdədir.

“Hər kəsi tapmaq, hər bir adla bağlı məlumatı yoxlamaq üçün hər şeyi edirik. Hamını evə qaytarmalıyıq. Bu işdə bizə kömək edən hər kəsə minnətdarıq” – Zelenski sosial şəbəkədə yazır.