Ukrayna Prezidenti Volodimir Zelenski 193 hərbi əsirin Ukraynaya qayıtdığını bəyan edir.
“Əsir mübadiləsi çərçivəsində 193 ukraynalı əsgər evə qayıdır. Silahlı Qüvvələr, Milli Qvardiya, Dövlət Sərhəd Xidməti, Milli Polis və Dövlət Xüsusi Nəqliyyat Xidmətinin hərbi qulluqçuları. Onlar Ukraynanı müdafiə edirdilər. Onların arasında Rusiyanın barəsində cinayət işi qaldırdığı şəxslər də var və onlardan bəziləri yaralıdır” – Zelenski bildirib.
Eyni zamanda, Rusiya Müdafiə Nazirliyində Ukrayna əsirliyindən 193 hərbi qulluqçunun qaytarıldığını bəyan edirlər.
“Hazırda rus hərbi qulluqçular Belarus Respublikasındadırlar və orada lazımi psixoloji və tibbi yardım alırlar” – bəyanatda deyilir.
Rusiya Müdafiə Nazirliyinin məlumatına əsasən, rus hərbi qulluqçuların əsirlikdən qaytarılması Amerika Birləşmiş Ştatları və Birləşmiş Ərəb Əmirliklərinin vasitəçiliyi ilə baş tutub.