Rusiya və Ukrayna arasında danışıqların növbəti raundu bu gün İstanbulda keçiriləcək
Rusiya və Ukrayna arasında danışıqların növbəti raundu bu gün İstanbulda keçiriləcək

 

Rusiya və Ukrayna arasında danışıqların növbəti raundu bu gün İstanbulda keçiriləcək. Ukrayna nümayəndə heyətinə Ukraynanın müdafiə naziri Rustem Umerov, Rusiya nümayəndə heyətinə isə yenə də Rusiya Prezidentinin köməkçisi Vladimir Medinski rəhbərlik edəcək.

Rusiya tərəfi artıq İstanbula gedib və iş əhval-ruhiyyəsində olduqlarını bildirirlər.

Türk mediasının yazdığı kimi, tərəflər arasında görüş İstanbulda “Çırağan Palace” mehmanxanasında saat 13:00-a planlaşdırılıb.

Xatırladaq ki, danışıqların birinci raundu İstanbulda mayın 16-da keçirilib və təxminən iki saat davam edib. Nəticədə tərəflər hərbi əsirlərin mübadiləsinə dair razılığa gəliblər, bu isə müharibənin başlamasından sonra ən böyük miqyaslı mübadilə hesab olunur. İkinci raundda hər iki tərəf atəşkəslə bağlı öz baxışı haqda danışacaq. Rusiya Medinskinin rəhbərliyi ilə “sülh memorandumu” hazırlayıb, Ukrayna isə öz planını təqdim edəcək.