Rusiya və Ukrayna hərbi əsirləri dəyişdirib

15:24, 19.08.2026

Rusiya və Ukrayna arasında 103-ə 103 formatında hərbi əsir mübadiləsi həyata keçirilib. Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, Ukrayna Rusiyaya 103 hərbçi, Rusiya isə Ukraynaya eyni sayda – 103 hərbi əsir təhvil verib.
Məlumata görə, əsir mübadiləsi Birləşmiş Ərəb Əmirliklərinin vasitəçiliyi ilə baş tutub.
“Ukrayna Silahlı Qüvvələrindən 103 hərbi əsir bizə təhvil verilib. Geri qaytarılan rusiyalı hərbçilər hazırda Belarus ərazisindədir”, – deyə Rusiya Müdafiə Nazirliyi bildirib.
Nazirliyin məlumatına görə, lazımi psixoloji və tibbi yardım göstərildikdən sonra rusiyalı hərbçilər sonrakı müalicə və reabilitasiya üçün Rusiyaya aparılacaqlar.

Oxşar