Rusiya və Suriyanın hərbi aviasiyası Suriyanın şimalında yerləşən və üsyançılar tərəfindən nəzarət edilən İdlib şəhərini bombalayıb
IDLIB, SYRIA - DECEMBER 01: Civil Defense (White Helmets) teams arrive to the area and started working after the airstrike by warplanes of the Assad regime and Russian forces on Idlib province, Syria on December 01, 2024. Four civilians were killed and at least 20 civilian were wounded in an airstrike. (Photo by Ula Muhammed/Anadolu via Getty Images)
Rusiya və Suriyanın hərbi aviasiyası Suriyanın şimalında yerləşən və üsyançılar tərəfindən nəzarət edilən İdlib şəhərini bombalayıb.
“Reuters” yerli sakinlərə istinadən yazır ki, bombardman təxminən 4 milyon insanın çadırlarda və müvəqqəti yaşayış məntəqlərində yaşadığı Türkiyə ilə sərhəd yaxınlığındakı üsyançıların anklavında ən böyük şəhər olan İdlibin mərkəzində izdihamlı yaşayış zonasında baş verib.
Yayılmış məlumata əsasən, bombardman nəticəsində azı 7 nəfər həlak olub, onlarla insan xəsarət alıb.
Həmçinin, Suriya və Rusiyanın hərbi aviasiyası İdlib bölgəsində üsyançıların nəzarətində olan digər şəhərləri bombalayıb. Suriyanın Prezidenti üsyançıların hərbi əməliyyatına və Aleppo bölgəsində irəliləməsinə münasibət bildirib və cavab tədbirləri görəcəyi ilə hədələyib.
“Terrorçular yalnız güc dilini bilirlər və biz onları bu dillə əzəcəyik” – Bəşər Əsəd bildirib.
Suriya ordusu üsyançıların Aleppoya hücumu nəticəsində onlarla əsgərinin həlak olduğunu açıqlayıb.
Dekabrın 1-də Suriya ordusu son günlər üsyançılar tərəfindən ələ keçirilən bir neçə şəhəri geri aldığını açıqlayıb. Türkiyənin dəstəklədiyi üsyançılar əsas silahlı qruplaşma, İslamçı qrup və müxalifətin ən güclü hərbi qüvvəsi olan “Haiat Tahrir al-Şam” koalisiyası ilə birlikdə fəaliyyət göstərir. “Haiat Tahrir al-Şam” ABŞ, Rusiya, Türkiyə və digər dövlətlər tərəfindən terror qruplaşması hesab edilir.