Rusiya və İtaliya xarici işlər nazirləri Qarabağ münaqişəsinin həllini müzakirə edəcəklər
Moskvada, Rusiya və İtaliya xarici işlər nazirləri Qarabağ münaqişəsinin həllini müzakirə edəcəklər.
ATƏT Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində birgə aktiv fəaliyyətini davam etdirəcək.
Bu sözləri Rusiyanın xarici işlər naziri Sergey Lavrov ATƏT-in hazırkı sədri, italiyalı həmkarı Ancelino Alfano ilə birgə keçirdiyi mətbuat konfransında səsləndirib.
Qarabağ münaqişəsi 1988-ci ildə başladı. 1994-cü ildə tərəflər atəşkəs barədə razılığa nail oldular. Rusiya, ABŞ və Fransanın həmsədrliyi ilə sülh danışıqları yenə də önəmli nəticələrsiz davam edir.