Rusiya və İran bu gün dəniz təlimləri keçirəcəklər
Rusiya və İran bu gün dəniz təlimləri keçirəcəklər

Rusiya və İran bu gün dəniz təlimləri keçirəcəklər. Reuters-in məlumatına görə, İran mətbuatına istinadən təlimlər Oman dənizi və Hind Okeanının şimal hissəsində keçiriləcək.

İran rəsmilərinin sözlərinə görə, təlimlərin məqsədi qlobal geosiyasi təzyiq qarşısında vahid cəbhəni nümayiş etdirməkdir, çünki İran Qərb ölkələri, xüsusilə də ABŞ ilə gərgin münasibətdədir.

“Bu birgə təlimlərin əsas məqsədləri dəniz təhlükəsizliyi və qorunması üçün risk yaradan fəaliyyətlərə qarşı birgə tədbirlər və koordinasiyanın yaradılmasıdır. Həmçinin dəniz terrorizmi ilə mübarizədir”, – deyə İran Dəniz Qüvvələrinin komandiri Hasan Magsudlu bildirib.

“Təhlükəsiz Dəniz Kəməri” adlanan təlimlərdə İran, Rusiya və Çin iştirak edir və bu təlimlər ilk dəfə 2019-cu ildə keçirilib.