Rusiya və Çin Hörmüz boğazının yenidən açılması ilə bağlı BMT-nin qətnaməsinə veto qoyublar
Rusiya və Çin Hörmüz boğazının yenidən açılması ilə bağlı BMT-nin qətnaməsinə veto qoyublar.
Qətnamə Təhlükəsizlik Şurasının 11 üzvü tərəfindən dəstəklənib, Rusiya və Çin əleyhinə səs veriblər, Pakistan və Kolumbiya isə bitərəf qalıblar.
Bəhreynin xarici işlər naziri Dr. Abdullatif bin Raşid Al-Zayani iclasa rəhbərlik edib. Səsvermədən əvvəl o, şura üzvlərinə layihənin yeni reallıq yaratmadığını, əksinə İranın təkrarlanan və son qoyulmalı olan düşmənçilik davranışına ciddi cavab olduğunu bildirib.
Qətnamənin uğursuzluğundan sonra Zayani şuranın dərhal qətiyyətli tədbirlər tələb edən qanunsuz hərəkətlə bağlı məsuliyyətini yerinə yetirə bilmədiyini bildirib.