Rusiya və Belarus diplomatlarının Avropa Parlamentinə girişinə qadağa qoyulub
Rusiya və Belarus diplomatlarının Avropa Parlamentinə girişinə qadağa qoyulub. Bu barədə Avropa Parlamentinin sədri Roberta Metsola “Twitter” sosial şəbəkəsində yazır.
“Bu gündən etibarən Rusiya və Belarus diplomatik və hökumət işçilərinin Avropa Parlamentinin binalarına girişi qadağan edilib.
Demokratiya Evində demokratik nizamı pozmağa çalışanlara yer yoxdur”, – Avropa Parlamentinin sədri yazıb.