Rusiya və Amerika Birləşmiş Ştatları məhbusları dəyişdilər
Rusiya və Amerika Birləşmiş Ştatları məhbusları dəyişdilər. Məhbusların mübadiləsi Birləşmiş Ərəb Əmirliklərində baş tutub.
Yayılmış məlumata əsasən, Rusiyada Ukrayna Silahlı Qüvvələri üçün vəsait topladığına görə 12 il müddətinə azadlıqdan məhrum edilən Kseniya Karelinanı Rusiya Amerika Birləşmiş Ştatlarına verib.
Vaşinqton, öz növbəsində ixrac məhdudiyyətlərini pozmaq işi üzrə saxlanılan Artur Petrovu Moskvaya verib.