Rusiya Ukraynaya raket və dronlarla genişmiqyaslı hava hücumu həyata keçirib, ölənlər var
Rusiya Ukraynaya raket və dronlarla genişmiqyaslı hava hücumu həyata keçirib, ölənlər var

Rusiya Ukraynaya raket və dronlarla genişmiqyaslı hava hücumu həyata keçirib, ölənlər var.

Yerlik hakimiyyətin məlumatına görə, partlayışların səsi Kiyevdə, Dneprdə, Odessada, Zaporojyedə, Kremençuqda və Krivoy Roqda eşidilib.

Ukraynanın paytaxtında ən azı üç nəfər həlak olub və 11 nəfər yaralanıb, onların arasında hamilə qadın da var. Kiyev meri Vitali Kliçkonun sözlərinə görə, dörd çoxmərtəbəli bina və avtomobillər yanır. Ukrayna Hərbi Hava Qüvvələrinin məlumatına görə, Rusiya Kiyevi qanadlı raketlərlə bombalayıb.

Hücum Ukraynanın digər bölgələrində də həyata keçirilib. Krivoy Roq Müdafiə Şurasının rəhbəri Aleksandr Vilkulun sözlərinə görə, şəhərin üç məntəqəsində zərbələr qeydə alınıb, o cümlədən nəqliyyat və bələdiyyə infrastruktur obyektlərinə. Hələlik yaralılar barədə məlumat yayılmayıb. Şəhərdə trolleybusların hərəkəti qismən dayandırılıb.

Zaporojyedə dronlarla hücum olub. Hazırda ballistik raketlərlə hücum təhlükəsi qalır. Yerli hakimiyyətin məlumatına görə, müəssisələrdən birinə ziyan dəyib və yanğın baş verib.

Kremençuqda onlarla partlayış baş verib, şəhərin bir hissəsində enerji təchizatı dayandırılıb.

Odessada mülki infrastruktur obyektlərinə və yaşayış massivlərinə zərər dəyib. Şəhərdə, o cümlədən çoxmərtəbəli binalarda bir neçə yanğın olub. Zərərçəkənlər barədə məlumat dəqiqləşdirilir.