Rusiya Ukraynaya növbəti kütləvi raket hücumu həyata keçirib
Ukrayna mediası Rusiyanın dekabrın 31-də Ukrayna ərazisinə kütləvi raket hücumu həyata keçirməsi haqda məlumat verir.
Aviasiya və ballistik raketlərdən istifadə təhlükəsi səbəbilə bütün ölkə miqyasında həyəcan siqnalı elan edilib.
Medianın məlumatına əsasən, nə az, nə çox, altı Rusiya TU-22 təyyarəsi havaya qalxıb və Ukrayna istiqamətində X-22 raketləri atıb. Həmçinin, Savasleyka aerodromundan MİG-31 tipli qırıcı havaya qalxıb və ehtimal ki, “Kinzhal” tipli raket atıb.
Kiyevin Hərbi Administrasiyasının məlumatına əsasən, raket hücumu səbəbindən hava hücumundan müdafiə sistemi işə salınıb. Raketlərdən birinin fraqmentləri Darnitski rayonunda fərdi binanın damına düşüb. Zərərçəkmiş şəxslər və dağıntı barədə məlumat yoxdur.
Ukrayna Silahlı Qüvvələrinin məlumatına əsasən, rus raketləri və dronlarını Kiyev, Sumı, Poltava, Çerniqov, Dnepropetrovsk, Xarkov və Çerkassı vilayətlərində müşahidə ediblər.
İlkin məlumatlara əsasən, Rusiyanın Sumı vilayətinin Şostka şəhərinə hücumu nəticəsində 12 çoxmərtəbəli yaşayış binası, iki təhsil müəssisəsi zərər görüb və infrastruktur obyektləri dağılıb.