Rusiya Ukraynaya növbəti kütləvi hücum həyata keçirib, həlak olan və yaralananlar var
Rusiya Ukraynaya növbəti kütləvi hücum həyata keçirib, həlak olan və yaralananlar var. Məlumatı Ukrayna mediası yayır.
Medianın məlumatında, Ukraynanın paytaxtına hücum zamanı Kiyevin 4 rayonunda yanğın baş verdiyi deyilir. Ən azı bir nəfər həlak olub, iki nəfər yaralanıb. Kiyevdə metronun qırmızı xəttində hərəkət müvəqqəti məhdudlaşdırılıb. Uşaq bağçasının binası zərər görüb.
İvano-Frankovsk şəhərinə hücum nəticəsində mülki infrastruktur zərər görüb. Şəhərin meri Ruslan Martsinkivin dediyi kimi, tələfat da var. O, müharibə başlayandan bəri bunun şəhərə edilən ən irimiqyaslı hücum olduğunu bildirib. Hakimiyyət əhalini sığınacaqlarda qalmağa çağırır.