Rusiya Ukraynaya kütləvi hücum həyata keçirib. Partlayış səsləri Kiyev, Xarkov və Zaporojye şəhərlərində eşidilib.
Xarkova hücum nəticəsində azı 14 nəfər yaralanıb, onlardan biri uşaqdır. Raketlərdən biri çoxmərtəbəli binaya düşüb və yanğına səbəb olub.
Bununla yanaşı, Kiyevə hücum nəticəsində çoxmərtəbəli yaşayış binaları və fərdi evlər zədələnib. Bir neçə yerdə yanğın baş verib. Azı beş nəfər yaralanıb.
Zaporojyeyə hücum nəticəsində bir fərdi ev, çoxmərtəbəli bina və iki ticarət mərkəzi zədələnib. Azı yeddi nəfər yaralanıb.