Rusiya Ukraynaya gəmi əleyhinə və ballistik raketlərlə hücum edib
Sentyabrın 29-u gecəsi Rusiya Ukraynaya gəmi əleyhinə və ballistik raketlər, eləcə də dronlarla hücum edib.
Ukrayna Hərbi Hava Qüvvələrinin məlumatına əsasən, rus qüvvələri hücum zamanı “Sirkon”, “Oniks”, “İskander-M” və “S-400” raketlərindən istifadə ediblər. Bununla yanaşı, qurumun məlumatına əsasən, Ukrayna qüvvələri 152 drondan 109 hava hücum vasitəsini düşürə bilib.
Media Ukraynanın hava hücumundan müdafiə qüvvələrinə istinadən yazır ki, hücumlar sentyabrın 28-i axşam saat 18:00-dan başlayıb. Ukrayna istiqamətində hücumlar Rusiyanın Oryol, Millerovo və Kursk şəhərlərindən, eləcə də müvəqqəti işğal altında olan Donetsk və Krımdan edilib.
Ballistik raket təhlükəsinə görə Kiyevdə və Ukraynanın bir neçə vilayətində hava hücumu haqda xəbərdarlıqlar elan edilib. Hücumlar nəticəsində Kiyevdə yaşayış və qeyri-yaşayış binalarında yanğın baş verib.