Rusiya Ukraynaya qarşı kütləvi hava hücumu həyata keçirib, eyni zamanda, Rusiya mediası gecə ərzində Rusiyanın müxtəlif bölgələrində Ukrayna dronlarının vurulması haqqında məlumat yayır

11:16, 03.09.2025

 

Rusiya Ukraynaya qarşı 502 dron və 24 raketlə kütləvi hücum həyata keçirib.

Ukrayna Silahlı Qüvvələrinin məlumatına əsasən, Ukrayna 451-ni vura bilib. Üç raketin və 69 pilotsuz uçuş aparatının fraqmentləri isə 14 yerə düşüb.

Xmelnitski və İvano-Frankovsk vilayətlərində yaşayış evlərinə və infrastruktur obyektlərinə ziyan dəyib. Kirovoqrad vilayətində dəmir yolu infrastrukturuna endirilmiş zərbə nəticəsində 5 nəfər xəsarət alıb, 28 evə ziyan dəyib, sakinlər işıqsız qalıb.

Eyni zamanda, Rusiya mediası Rusiya Müdafiə Nazirliyinə istinadən yazır ki, gecə ərzində Rusiyanın müxtəlif bölgələrində 105 Ukrayna dronunu vurublar.

Oxşar