Rusiya Ukraynaya qarşı ballistik raketlər və 90-a qədər drondan istifadə edib
Rusiya Ukraynaya qarşı ballistik raketlər və 90-a qədər drondan istifadə edib

 

Rusiya dünən gecə saatlarında Ukraynaya hücum edib. Rus hərbçilər iki ballistik raket və 90-a qədər “Shahed” tipli pilotsuz uçuş aparatından istifadə ediblər. Ukrayna tərəfi 56 dronu vurmağa nail olub.

Hücum nəticəsində Xarkov vilayətində ikisi yeniyetmə olmaqla azı 8 nəfər xəsarət alıb.

Bununla yanaşı, Slobodskoy rayonunda Rusiya tərəfi trolleybus parkına hücum edib, nəticədə 18 trolleybusa ziyan dəyib, biri tamamilə məhv edilib, iki nəfər isə xəsarət alıb.

Yerli hakimiyyətin izah etdiyi kimi, 33 yaşayış evinə də ziyan dəyib.

Pilotsuz uçuş aparatları ilə Odesa vilayətinə həyata keçirilən hücuma görə poçt binasında 300 kvadratmetr sahəyə yayılan yanğın baş verib. Yaxınlıqda dayanan yük avtomobillərinə ziyan dəyib. Hadisə nəticəsində ölən və yaralanan olmayıb.