Rusiya Ukraynaya 112 pilotsuz uçan aparat atıb, onlardan 81-i Ukrayna müdafiə qüvvələri tərəfindən məhv edilib

15:06, 07.02.2025

Rusiya bir gecədə Ukrayna ərazisinə 112 pilotsuz uçan aparat atıb, onlardan 81-i Ukrayna müdafiə qüvvələri tərəfindən məhv edilib. Bu barədə Ukrayna mətbuatı məlumat yayıb.

Medianın məlumatına görə, hücumlar Xarkov, Poltava, Sumı, Kiyev, Çerkassı, Kirovoqrad, Jitomir və Xmelnitski vilayətlərində həyata keçirilib.

Ukrayna Baş Prokurorluğunun məlumatına görə, Sumı vilayətində 13 “Şəhid” pilotsuz təyyarəsi vurulub. Hücum nəticəsində 3 nəfər həlak olub, yaşayış binalarına ziyan dəyib.

Oxşar