Rusiya Ukraynanın Zaporojie şəhərinə hücum edib, azı iki nəfər həlak olub
Rusiya Ukraynanın Zaporojie şəhərinə hücum edib, azı iki nəfər həlak olub, 12 nəfər isə yaralanıb. Bu barədə Ukrayna mediası yazır. Yaralananlar arasında azyaşlı uşaqlar var.
Hücum nəticəsində Zaporojie vilayətində azı 9 binaya ziyan dəyib. Təcili yardım xidmətləri hadisə yerinə səfərbər olunublar.
Eyni zamanda, Rusiya Müdafiə Nazirliyi Rusiyanın gecə Ukraynadan buraxılan 51 pilotsuz uçuş aparatını vurması haqda məlumat verir. Qurumun bəyanatında qeyd olunduğu kimi, 16 dronu Rostov vilayəti ərazisində, 16-sını Bryansk vilayəti ərazisində, 12-sini Krımda, 4-nü Voronejdə və üçünü Oryol vilayəti ərazisində vurublar.