Rusiya Ukraynanın Xarkov şəhərinə raketlər, idarə olunan hava bombaları və pilotsuz uçuş aparatları ilə zərbə endirib, bir nəfər həyatını itirib
Rusiya Ukraynanın Xarkov şəhərinə raketlər, idarə olunan hava bombaları və pilotsuz uçuş aparatları ilə zərbə endirib, bir nəfər həyatını itirib

 

Rusiya Ukraynanın Xarkov şəhərinə raketlər, idarə olunan hava bombaları və pilotsuz uçuş aparatları ilə zərbə endirib, bir nəfər həyatını itirib. Ukrayna mediası hücum nəticəsində daha on nəfərin yaralandığı haqda məlumat verir.

Yerli hakimiyyət orqanlarının məlumatına əsasən, şəhərdə mülki şəxslərin yaşayış binaları rusların hədəfinə çevrilib, 30 fərdi evə zərər dəyib və biri dağılıb.

Rusiya ordusu Xarkovda həmçinin kritik əhəmiyyətli infrastrukturu bombalayıb.