Rusiya Ukraynanın Sumi şəhərində yaşayış binasına hücum edib, 9 nəfər ölüb, 13 nəfər yaralanıb
Rusiya Ukraynanın Sumı şəhərində hündürmərtəbəli yaşayış binasına hücum edib.
Medianın məlumatına görə, nəticədə 9 nəfər ölüb, 13 nəfər yaralanıb.
Bundan əlavə, Ukrayna hərbçilərinin məlumatına görə, Rusiya bir gecədə Ukrayna ərazisinə 81 pilotsuz uçan aparatı buraxıb və nəticədə ölkə boyu yaşayış binalarına ziyan dəyib. Ukrayna Hərbi Hava Qüvvələri 37 pilotsuz təyyarəni vurmağa nail olub.