Rusiya Ukraynanın Quru Qoşunlarının təlim bölməsinə raket zərbəsi endirib, nəticədə 3 hərbçi həlak olub, 18 nəfər isə yaralanıb
Rusiya Ukraynanın Quru Qoşunlarının təlim bölməsinə raket zərbəsi endirib, nəticədə 3 hərbçi həlak olub, 18 nəfər isə yaralanıb

 

Rusiya Ukraynanın Quru Qoşunlarının təlim bölməsinə raket zərbəsi endirib. Ukrayna mediası nəticədə 3 hərbi qulluqçunun həlak olması, 18-nin isə yaralanması haqda məlumat verir.

Ukraynanın Quru Qoşunlarının bəyanatında qeyd edildiyi kimi, “görülən təhlükəsizlik tədbirlərinə baxmayaraq, şəxsi heyət arasında itkilərin qarşısını almaq mümkün olmayıb”.

Həmin bəyanatda hadisənin bütün təfərrüatlarını müəyyən etmək üçün komissiyanın yaradıldığı və istintaqın başlanıldığı qeyd olunub.

“Hərbçilərin ölümü və ya yaralanmasının vəzifəli şəxslərin hərəkətləri və ya hərəkətsizliyi nəticəsində baş verdiyi müəyyən olunarsa, məsul şəxslər məsuliyyətə cəlb olunacaqlar” – Ukraynanın Quru Qoşunları tərəfindən yayılmış bəyanatda deyilir.

Rusiya Müdafiə Nazirliyi hadisə ilə bağlı fərqli məlumat yayır. Moskvada Çernihiv bölgəsində yerləşən hərbi təlim mərkəzinə zərbə endirilməsi nəticəsində Ukraynanın 200 əsgərini itirdiyini iddia edirlər. Onların bir hissəsi həlak olub, bir hissəsi isə yaralanıb. Onlar hücumun “Iskander” raketi ilə həyata keçirildiyi haqda məlumat verirlər.