Rusiya Ukraynanın enerji infrastrukturuna kütləvi hücum həyata keçirib
Rusiya Ukraynanın enerji infrastrukturuna kütləvi hücum həyata keçirib. Bu haqda məlumatı “BBC” yayır.
Media, Ukrayna miqyasında ümumi hava həyəcanının elan edildiyi xəbərini verir.
Ölkənin energetika naziri Qerman Qaluşenko bildirib ki, enerji obyektlərinə hücumlar bütün Ukrayna miqyasında baş verir və elektrik enerjisinin fövqəladə dayandırılması zərurəti yaranıb.
Xarkovun meri İqor Terexov bombardman haqda məlumat yayıb, lakin hücumun tələfatla müşaiyət olunub-olunmaması bu vaxt üçün bilinmir. Lutski şəhərinə də hava hücumu həyata keçirilib. Liman şəhəri Odessada da partlayış səsləri eşidilib, bölgənin qubernatoru Oleq Kiper isə sakinləri təhlükəsiz yerdə qalmağa çağırıb.
Məlumat üçün bildirək ki, son günlərdə Rusiya Ukraynaya 1500 hava hücumu həyata keçirib.